Interposta.Info

Ermənistan 44 günlük müharibədə 10 minə yaxın hərbçinin yaralandığını açıqladı

Ölkə
 18-02-2021, 19:48     491

Dağlıq Qarabağdakı hərbi əməliyyatlar zamanı ölən erməni əsgərlərinin təsbit edilmiş cəsədlərinin sayı 3389 nəfər təşkil edir.

"İnetPosta" xəbər verir ki, bu barədə Ermənistanın hərbi prokuroru Vahe Harutyunyan baş prokurorun rəhbərliyi ilə keçirilən iclasda bildirib.

Onun sözlərinə görə, döyüş əməliyyatları zamanı yaralanan erməni hərbçilərin sayı isə 9094 nəfər təşkil edib.

Harutyunyan həmçinin qeyd edib ki, 2020-ci ildə Ermənistan Silahlı Qüvvələrinin hərbi hissələrində və digər qoşunlarda 3016 cinayət qeydə alınıb ki, bu da keçən ilə nisbətən üç dəfə çoxdur (929).

Qeyd edək ki, erməni ictimaiyyəti açıqlanan rəqəmlərin doğruluğuna inanmır. Onlar itki sayının rəsmi rəqəmlərdən 2 dəfə çox olduğunu bildirirlər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26