Interposta.Info

Türkanda miras davası: Daş karxanasında atəş açdı, fəhlələr vəhşiəsinə döyüldü (VİDEO)

Ölkə
 17-02-2021, 20:02     409

Xəzər rayonu, Türkan qəsəbəsində fəaliyyət göstərən daş karxalanalrının birində atışma olub.

Hadisə dünən gecə saatlarına təsadüf edib.

Məlumata görə, Türkan qəsəbəsinin sakini Samir Seyidi oğlu Quliyev daş karxanasına gələrək oradakı fəhlələrə odlu silahla hücum edib. Fəhlələrdən ikisi qaçıb canını qurtara bilib. Digər iki fəhlə - Ələkbər Qurbanovla Əfsər Tahirov isə odlu silahla təhdid olunaraq vəhşicəsinə döyülüb. Samir Quliyev Ələkbər Qurbanovun üz nahiyəsinə tüfəngin qundağı ilə zərbə endirib. Əfsər Tahirovun üz nahiyəsinə vurulan zərbədən isə dişləri tökülüb.

Bildirilir ki, Samir Quliyev daş karxanasının mərhum əmisi Rəşid İslam oğlu Quliyevə məxsus olduğunu iddia edərək bildirib ki, əmisinin həyat yoldaşı karxananı ona verməlidir. Əks-halda qadını qətlə yetirəcək.

Ələkbər Qurbanovun sözlərinə görə, Samir Quliyev gecə 4-də karxanaya AZ 90 TT 915 dövlət nömrə nişanlı "Niva” markalı maşınla gəlib. Sükan arxasından düşən Samirin yanında bir nəfər də olub. Samir Quliyev maşından düşəndən sonra onlara tərəf bir neçə dəfə atəş açıb. Onları öldürəcəyi ilə hədələyib.

Samirin yanında fəhlələrin tanımadığı bir nəfər də olub.

Əvvəllər dəfələrlə məhkum olunmuş Samir Quliyev karxanadakı otaqdan 850 manat pul və telefonları götürərək oranı tərk edib. Xəzər Rayon Prokurorluğu fkatı təsdiqləyib. Hazırda hər iki şəxsin tutulması üçün istintaq-əməliyyat tədbirləri həyata keçirilir./hit.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26