Interposta.Info

“Sevgililər günü”nü qeyd edən 15 nəfər cərimələndi

Ölkə
 17-02-2021, 17:24     506

Paytaxtın Nizami rayonunda fevralın 14-də xüsusi karantin rejim qaydalarına əməl etməyən kafe müəyyən olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "İnnterPosta"-ya verilən məlumata görə, "Cənub” kafesində "14 fevral" günü ilə əlaqədar 15 nəfər şəxsin həmin günü qeyd etmələri aşkarlanıb.

İctimai iaşə obyektin icarədarı və tədbirin iştirakçıları barəsində qanunvericiliyə uyğun olaraq barələrində inzibati protokollar tərtib olunub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26