Interposta.Info

Yarım ton narkotik ittihamı ilə həbs edilmişdi- 8 il cəza aldı

Ölkə
 16-02-2021, 22:32     578

Bakıda yarım ton narkotik satmaq istəyərkən saxlanılan şəxs hakim qarşısına çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində Eldəniz Rüstəmovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən, E.Rüstəmov 8 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, Xətai rayon Polis İdarəsi cinayət axtarış şöbəsi və Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının əməliyyat tədibrləri zamanı Eldəniz Rüstəmov tutulub.

Onun həyətyanı sahəsində olan istixanaya baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən ümumi çəkisi 556 kiloqram olan 1206 ədəd narkotik tərkibli çətənə kolu, eləcə də 65 kiloqram qurudulmuş marixana kütləsi aşkar edilərək götürülüb.

Eldəniz Rüstəmov ifadəsində narkotik tərkibli bitkiləri mart ayında əkdiyini və xüsusi qulluq edərək yetişdirdiyini etiraf edib.

Axtarış zamanı onun idarə etdiyi "Saipa" markalı avtomobildə siqaret qutusunun içində qablaşdırılan 2 qram marixuana aşkar edilərək götürülüb.

Eldəniz Rüstəmova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham elan edilib./musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26