Interposta.Info

Toyların keçirilmə ehtimalı ilə bağlı RƏSMİ AÇIQLAMA

Ölkə
 15-02-2021, 11:20     161

Kafe və restoranların içində məsafə olduğu kimi şadlıq saraylarının ərazisi də böyükdür. Şadlıq saraylarında bir stolda 5-6 nəfərin əyləşməsi və məsafələrin qorunması üçün daha geniş imkanlar var.

Belə olan təqdirdə şadlıq saraylarına qoyulan qadağanın, məhdudiyyətlərin qarşıdakı günlərdə yumşaldılmasına baxılması zərurəti yaranıb.

Mövcud məsələ ilə bağlı Səhiyyə Nazirliyi yanında İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov danışıb. O bildirib ki, bu məsələ şadlıq sarayları və onların rəhbərliyi tərəfindən qaydalara nə dərəcədə riayət edilməsinə bağlıdır:

"Bundan başqa onların üzərində nəzarəti kim təmin edəcək? Bələdiyyələr, sanitar epidemioloji xidmətlər, tibbi qurumlar, yoxsa polis əməkdaşları? Çünki buna nəzarət olmalıdır. Digər tərəfdən şadlıq sarayları və toy məclisləri ilə bağlı problem masalarla bağlı deyil.

Bir çox mütəxəssislərin fikrincə, qaydaların pozulma ehtimalı daha çox insanların sıx təmasda olması, alkoqollu içkilərdən istifadə, rəqs zamanı mümkündür ki, bu da sonda koronavirusa yoluxma ilə nəticələnə bilər. Misal üçün biz həmişə demişik ki, kontakt idman növləri problemdir. Amma yarışdırsa, hamı yoxlanılır və ora gedə bilərlər. Lakin gündəlik idmanla məşğul olanlar barədə deyə bilmərik ki, o yoluxub, yoxsa yox. Evdə yoluxan şəxs idmana gəlməklə digərlərini də yoluxdura bilər.

Toylarda rəqs qadağan edilsə belə, ən böyük risk nəzarətin nə dərəcə təmin edilə bilməsindədir. Şadlıq saraylarını hər gün gedib yoxlamaq, orada insanları cərimələmək böyük iş tələb edir. Polis əməkdaşları və tibb işçilərinin kifayət qədər işi var. Ona görə bəzən dövlət tərəfindən daha az problem yaradan həll yolu seçilir"./baku.ws

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26