Interposta.Info

Vilayət Eyvazov polkovniki vəzifəsindən azad etdi

Ölkə
 15-02-2021, 11:18     460

Daxili İşlər Orqanlarının Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fondunun direktoru vəzifəsindən azad edilib.

"İnterPosta" Qafqazinfo-ya istinadən xəbər verir ki, fondun direktoru, polis polkovniki Sadiq Gözəlov nazir Vilayət Eyvazovun əmri ilə işdən çıxarılıb.

Qeyd edək ki, S.Gözəlov 2017-ci ildə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən təqaüdə göndərilmişdi. Daha sonra isə qeyd edilən mülki vəzifəyə təyin edilmişdi.

Onun yerinə isə polis polkovniki Ehsan Zahidov təyin edilib. Bu yaxınlarda isə Bakı polisinin mətbuat katibi, polis mayoru Elşad Hacıyev nazirliyin mətbuat xidmətinin şöbə rəisi vəzifəsinə gətirilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26