Interposta.Info

Xaliq Rəşidoğlu: Məzar daşları üzərinə tökülən torpaq, yurdların ziyarət etmək üçün edilən MÜRACİƏT

Ölkə / Manşet
 10-02-2021, 11:12     1 567

Məzar daşları üzərinə tökülən torpaq.

İnterPosta.info
-nun xəbərinə görə, bir qurup Qarabağlı ata, baba yurdların ziyarət etmək üçün müraciət ediblər.

Bu müraciəti jurnalist Xaliq Rəşidoğlu youtubedə yayımlanan Media TV vastəsi ilə edib.

Yaxınlarının məzarını ziyarət etməyə gedən jurnalist təsirli mənzərə ilə qarşılaşıb.

Ağcabədi rayon Taxta-Körpü qəsəbəsində Laçınlıların sıx məskünlaşdığı ərazidə yerləşən Qəbirsanlıqdakı məzarların sinə daşlarının hər birinin üzərində torpaq töküldüyünü görüb. Və nə baş verdiyi ilə maraqlanıb.


Ərazidə yaşayan sakinlər bildiri ki, 44 günlük Vətən (II Qarabağ) müharibəsində iştirak edən və Laçın rayonuna gedə bilən rayon sakinləri tərəfindən doğma yurd yerindən torpaq gətirilərək yaxınlarının məzarlarının üzərinə qoyulub.

Ərazidə yaşayan sakinlərlə görüşən jurnalist Xaliq Rəşidoğlu bildirir ki, daha təsirlisi odur ki, yaşdı nəsilin doğma yurd yerlərinin işğaldan azad edildiyini eşidib, oranı görmədən dünyasını dəyişməsidir!..

Gördüyü mənzərədən təsirlənən jurnalist qeyd edir ki, bu yurd yerlərini gedib görmələri üçün onlara şərayit yaradılmasını istəyən vətəndaşların müraciəti də demək olar.

İnterPosta.info jurnalistin təqdim etdiyi kadırları sizlərə çatdırır:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26