Interposta.Info

Koronavirus xəstəsinin xəstəxanadan qaçması ilə bağlı rəsmi açıqlama

Ölkə
 3-02-2021, 13:00     371

"Sosial şəbəkələrdə aktiv koronavirus xəstələrinin xəstəxanadan qaçması ilə bağlı yayılan məlumatlar əsassızdır, yalandır".

"İnterPosta" xəbər verir ki, bunu DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O qeyd edib ki, yayılan məlumatlar tam və hərtərəfli olaraq yoxlanılıb:

"Sosial şəbəkə istifadəçilərinə tövsiyə edirik ki, hər hansı məlumatı paylaşarkən diqqətli olsunlar".

Qeyd edək ki, sosial şəbəkə istifadəçilərindən biri 25 nəfər COVID-19 xəstəsinin Bakıdakı xəstəxanadan qaçdığını iddia edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26