Interposta.Info

Azərbaycanda koronavirusa yoluxma yenidən artdı

Ölkə / Manşet
 17-01-2021, 01:33     634

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 650 nəfər müalicə olunaraq sağalıb, 402 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "İnterPosta"ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 226 min 951 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 214 min 423 nəfər müalicə olunaraq sağalıb, 2 998 nəfər vəfat edib. Aktiv xəstə sayı 9 530 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 311 min 417 test aparılıb. Bugünkü test sayı isə 8574-dür.

Qeyd edək ki, ötən gün 349 yeni yoluxma faktı qeydə alınmış, 494 nəfər müalicə olunaraq sağalmış,12 nəfər vəfat etmişdi.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26