Interposta.Info

Polat şirkətinin inşa etdiyi avtomobil yolundan yaşayış və iyaşə obiyektlərinə çıxan yollarda niyə vicdanlı bölgü aparmayıb?

Ölkə / Manşet
 15-01-2021, 21:14     1 089

Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikası regionlarının 2019-2023-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yol şəbəkəsinin daha da müasirləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib.

İnterPosta.info
-nun məlumatına görə, respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun yenidən qurulması layihəsi Ucar şəhərinin girişindən başlayaraq 70 km sonra Ağcəbədi şəhərinin cənubunda R18 Mingəcevir-Bəhrəmtəpə avtomobil yoluna birləşir.

Layihə üzrə mövcud yol oxu saxlanılmaqla yolun III dərəcəli yol parametrlərindən "II dərəcəli" yol parametrlərinə təkmilləşdirilməsi işləri guya aparılıb.

Hərkəsə məlumdur ki, ölkədə böyük lahiyələrə imza atan Polat şirkəti haqqında son zamanlarda şikayət artıb.

Bu şikayətlərdən biridə Ağcabədi Zərdab istiqamətində inşa edilən avtomobil yolundandır. Media qurupumuza Ağcabədi rayon Taxta-Körpü qəsəbəsi ərazisində yaşayan bir quruk sakin şikayət edib.

İnterPosta.info, Media TV qurupu şikayəti nəzərə alaraq müxtəlif vaxlarda birgə müşahidə keçirilib. Gördüyümüz mənzərə müşahidə aparan heyətimizi də, çaşqın salıb.

Belə ki, mərkəzi avtomobil yolundan yaşayış və iyaşə obiyektlərinə çıxan kiçik yolların uzunluğu fərqlidir; yaşayış massivinə verilən çıxışlar 5,15 metir, amma iyaşə obiyektlərinə verilən yolun uzunluğu 180, hətda 200 metir təşkil edir!

Bu kimi çıxışlar standart olmalı deyilmi hörmətli Polat şirkəti?

Bəs onda necə olur iyaşə obyektləri bitdiyi yerdə yolun inşasıda bitib?

Məsələ ilə bağlı Polat şirkətinin əməkdaşı Babək müəllimlə əlaqə saxladıq. O, bildirir ki, II dərəcəli avtomobil yolu lahiyədə olduğu kimi inşa edilib. Babək müəllim onuda qeyd edir ki, bu hallarda dövlət müəssələrinə verilən yollar istisnadır, fərqli ola bilər.

İnterPosta.info Media TV-nin hazırladığı video sujeti təqdim edir:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26