Interposta.Info

Həbs olunan məmurun oğlu polis rəisidir (FOTO)

Ölkə
 9-01-2021, 17:54     460

Xəbər verdiyimiz kimi, "Azərxalça” ASC-nin İdarə heyətinin sədri Vidadi Muradov külli miqdarda vəsaiti mənimsəməkdə ittiham edilərək bu gün həbs edilib.

"İnterPosta"nın məlumatına görə, həbs edilən sədr Bakının Səbail rayonunun Polis İdarəsinin rəisi, polis polkovniki Cavid Muradovun atasıdır.

Polkovnik Cavid Muradov isə sözügedən vəzifəyə 2019-cu ilin yanvarında təyin olunub. O daha öncə Mingəçevirin rəisi olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26