İctimai nəqliyyat 2 gün işləməyəcək

Bu gündən yanvarın 4-ü saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.
"İnterPosta" məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, yanvarın 18-dək bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.
Qərara əsasən, 2 yanvar saat 00:00-dan 4 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.
Qeyd edək ki, Bakı metropolitenində sərnişindaşıma də dayandırılıb.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26