Interposta.Info

Qarabağda qalıqları tapılan erməni hərbçilərin sayı açıqlandı

Ölkə
 1-01-2021, 16:07     374


Ötən gün Qarabağda daha 3 erməni hərbçisinin qalıqları tapılıb.

"İnterPosta" xəbər verir ki, bu barədə məlumatı qondarma "dqr"in fövqəladə hallar üzrə dövlət xidmətinin nümayəndəsi Unan Tadevosyan verib.

"Ölən iki nəfərin meyiti Cəbrayıldan, daha bir nəfərin isə Xocavənddən götürülüb. Ümumilikdə 1 138 nəfərin qalıqları tapılıb”, - U.Tadevosyan vurğulayıb.

O bildirib ki, Qubadlı və Hadrut istiqamətində axtarışların aparılması üçün hələlik icazə alınmayıb:

"Hadrutda axtarış işlərinin bərpa edilməsi üçün danışıqlar gedir. Hazırda axtarış işləri Füzuli və Xocavənd istiqamətində davam edir”./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26