Interposta.Info

Xankəndi dövlət büdcəsinə salınmalıdırmı? (EKSPERT)

Ölkə
 24-12-2020, 17:41     568

"Bizə 30 il boyunca Şuşada, Xocalıda havanın necə olacağı ilə bağlı məlumat verilirdi. Həmin dövrdə bu müəyyən qədər insanlarda qıcıq da yaradırdı. Amma eyni zamanda həm də onun göstəricisi idi ki, bu ərazilər bizimdir və gələcəkdə bizim də olacaq".

Bu fikirləri Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov millət vəkili Zahid Orucun 2021-ci ilin dövlət büdcəsinə Xankəndi, Xocalı və Xocavənd rayonlarının adlarının salınması ilə bağlı təklifini şərh edərkən deyib.


Ekspertin fikrincə, hətta bugünki şərtlər daxilində bölgəyə daxil ola bilmiriksə belə, ən azından bu aspektdən bu rayonların adları lazımı sənədlərdə, yerlərdə əks olunmalıdır:



"Biz heç bir halda, heç bir rəsmi sənəddə, qanunda həmin bölgələri itirməklə razılaşmamalıyıq. Qəbul olunun bütün dövlət proqramlarında, inkişaf planlarında, strategiyalarda, qanunlarda, normativlərdə, o cümlədən fiskal sənədlərdə həmin bölgələrin adları əksini tapmalıdır. Bu o demək deyil ki, məsələn, Xankəndinə sabah dövlət büdcəsindən nə qədərsə pul ayrılacaq. Rəmzi rəqəmlərlə belə vəsait ayrıla bilər. Əlbəttə ki, mənim ödədiyim vergini bugünki şərtlər daxilində ermənilərə yedirtmək olmaz. Amma o halda əlaqələndirmə aparmaq olar ki, onlar bizim vətəndaşlığı qəbul eləsin. Rəmzi rəqəmlərlə də olsa, maliyyə ayrılmalı və bu ərazilərin adı sənədlərə salınmalıdır. Orada bizim dövlət qurumları fəaliyyət göstərəcəksə, onların ştatları və işçiləri olacaq. Eyni zamanda bölgədə məskunlaşmaq üçün infrastrukturun yaradılmasına ehtiyac var. Onu Azərbaycan artıq öz rayonu, ərazisi kimi fiskal sənədə daxil etməlidir. Azərbaycan həm dünyaya, həm də Rusiya və Ermənistana mesajını bu yolla da çatdırmalıdır".

Bununla belə Rəşad Həsənov hesab edir ki, cəmiyyəti narahat edən məqamlar, suallar da var: "Bununla bağlı əlbəttə ki, hökümət mütləq ciddi açıqlamalar verməlidir"

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26