Interposta.Info

Rusiya Qarabağa 35 vaqon humanitar yardım göndərdi

Ölkə
 22-12-2020, 10:28     408

Rusiyadan Dağlıq Qarabağ ərazisinə 35 vaqon humanitar yardım gətirilib.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu, Qarabağa qatarla göndərilən ən böyük yük partiyasıdır. Daha 5 yanğınsöndürən avtokonsern, 4 UAZ minik avtomobili, 10 dizel generatoru, 280 kubmetr pilomaterial və 35 min məişət ləvazimatı daşınmaq üçün hazırdır.

Ümumilikdə yükün 250 tondan çoxu artıq boşaldılıb. Qeyd olunan texnika və məişət ləvazimatları əvvəl Xankəndiyə çatdırılır, sonra isə bölgələr üzrə bölüşdürülür.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26