Interposta.Info

Rusiyanın bütün rəhbərliyi hərbi və insanlıq əleyhinə cinayətlərdə ittiham olunur

Ölkə / Manşet
 18-12-2020, 19:47     741

Rusiya rəhbərliyi üçün çətin günlər başlayır.

Qaynarinfo xəbər verir ki, Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsinin (International Criminal Court) prokuroru Fatu Bensuda Donbasdakı beynəlxalq silahlı qarşıdurma və Krımın ilhaqı ilə əlaqədar hadisələrin ilkin araşdırmasının başa çatdığını açıqlayıb.

Prokurorun sözlərinə görə, araşdırma nəticəsində Donbas və Krımda hərbi və insanlıq əleyhinə cinayətlərin baş verməsi ilə bağlı ciddi əsaslar əldə edilib.

Politoloq Xaqani Cəfərli hesab edir ki, prokuror Fatu Bensudanın bu açıqlaması Rusiyanın siyasi və hərbi rəhbərliyinin Donbas və Krımda baş vermiş hərbi və insanlıq əleyhinə cinayətlərə görə Beynəlxalq Tribunal qarşısına çıxarılma ehtimalını kəskin artırıb:

"Əgər, bu hadisə baş verəcəksə, ikinci dünya müharibəsinin sonunda təşkil olunmuş Nürnberq və Tokio proseslərindən sonra bəşəriyyətin tarixində ən səsli-küylü məhkəmə prosesi olacaq".

İnterposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26