Interposta.Info

Azərbaycan əhalisinin sayı açıqlandı

Ölkə
 16-12-2020, 15:55     468

Azərbaycanda demoqrafik vəziyyət açıqlanıb.

Dövlət Statistika Komitəsindən "İnterPosta"ya verilən məlumata görə, ilin əvvəlindən ölkə əhalisinin sayı 54701 nəfər və ya 0,5 faiz artaraq 2020-ci il noyabr ayının 1-i vəziyyətinə 10121809 nəfərə çatmışdır.

Əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Əhalinin bir kvadrat kilometrə düşən sayı 117 nəfər olmuşdur.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26