Interposta.Info

Azərbaycanda daha bir həkim koronavirusdan vəfat etdi

Ölkə
 15-12-2020, 00:10     378

Azərbaycanda tanınmış cərrah-həkim Elman Həsənov vəfat edib.

"Report"un Muğan bürosunun məlumatına görə, E.Həsənov koronavirus səbəbindən 50 yaşında dünyasını dəyişib.

Bir müddət əvvəl koronavirusa yoluxduğu üçün xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, E.Həsənov 1970-ci ildə Biləsuvar rayonunda anadan olub. O, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında həkim-cərrah kimi çalışırdı. E.Həsənov cənub bölgəsində peşəkar cərrah kimi tanınır. Həmçinin Vətən müharibəsi dövründə yaralılara tibbi xidmət göstərib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26