Azərbaycan polisi Kəlbəcərdə postlar qurdu (FOTOLAR/VİDEO)
Silahlı Qüvvələrimizin sentyabrın 27-dən başlanan əks-hücum əməliyyatları zəfərlə başa çatdı, xalqımız tarixi qələbəyə qovuşdu. Artıq 30 ilə yaxın işğalda qalan torpaqlarımızda müvafiq təhlükəsizlik tədbirləri görülür.
Daxili İşlər Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, noyabrın 25-də işğaldan azad edilən Kəlbəcər rayonunda Ali Baş Komandanın fərmanına uyğun olaraq komendant rejimi elan edilib və Daxili İşlər Nazirinin əmrilə Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Haxverdi Əkbərov rayonun komendantı təyin olunub.
RPŞ-nin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları rayonun giriş-çıxışlarında, o cümlədən rayon daxilində polis postları quraraq komendant rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət edirlər.
GoldMedia.Az
[frame=https://qaynar.tv/embed.php?vid=f2cc27c89" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen]
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26



