Interposta.Info

Adil İsmayılov koronavirusdan dünyasını dəyişdi

Ölkə
 3-12-2020, 13:13     462

Tanınmış vəkil Adil İsmayılov koronavirusdan dünyasını dyişib.

"İnterPosta" xəbər verir ki, bu barədə onun vəkil həmkarı Aqil Layıc öz Feysbuk hesabında yazıb.

"Qəti olaraq inanmaq istəmirəm: Adil İsmayilov COVİD-ə yenik düşdü... Çox böyük itki oldu bu. Allah rəhmət eləsin. Hüquq sistemi üçün çox böyük itki oldu”, - vəkil əlavə edib.

Xatırladaq ki, Adil İsmayılov 1957-ci ildə anadan olub. İndiki Bakı Dövlət Universitetinin hüquq fakültəsinin məzunudur. Bir çox tanınmış şəxsin, o cümlədən 2004-cü ildə Macarıstanda tutularaq ömürlük həbsə məhkum edilmiş, 2012-ci ildə Azərbaycana gətirilərək azadlığa buraxılmış zabit Ramil Səfərovun vəkili olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26