Interposta.Info

“Suqovuşanın azad olunmasına görə” medalı haqqında əsasnamə təsdiq edilib

Ölkə
 1-12-2020, 20:53     458

“Suqovuşanın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında əsasnamə təsdiq edilib.

“Suqovuşanın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif ediləcək.

“Suqovuşanın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.

“Suqovuşanın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, “Döyüşdə fərqlənməyə görə” medalından sonra taxılır./apa

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26