Interposta.Info

BNA-dan sürücülərə XƏBƏRDARLIQ

Ölkə
 23-11-2020, 12:09     432

Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edilib.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən "İnterPosta"ya məlumat verilib.

Sürücülərdən yollarda sürət həddinə əməl etmələri, meteoroloji amilləri nəzərə almaları və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmaları xahiş olunur.

Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamaq və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26