Interposta.Info

Pandemiya müvəqqəti, həmrəylik daimidir - Fotolar

Ölkə
 5-10-2020, 12:13     269

Füzuli rayonunda “Pandemiya müvəqqəti, həmrəylik daimidir: Pandemiyadan zərərçəkən insanlara birdəfəlik yardımların təşkili” adlı layihə həyata keçirilmişdir.

Layihənin əsas mahiyyəti koronavirus pandemiyasının regionlarımızda yaşayan əhalinin sosial vəziyyətinə mənfi təsirini araşdırmaq və onların sosial stabilliyinin təmin edilməsinə yönəldilmiş tədbirlərin görülməsidir. Layihənin məqsədi COVİD_19 pandemiyasının regionlarda məskunlaşmış aztəminatlı insanlara yaratdığı sosial problemlərin həllinə yönəlik və həmin ərazidə yaşayan əhalinin ərzaq tədarükünün görülməsidir.
Üç ay müddətində icra olunan layihə Füzuli rayonun dörd qəsəbəsində əsasən cəbhəyanı ərazi olduğu üçün aztəminatlı ailələrin daha çox məskunlaşdığı və regionlarda yaşadıqları üçün sosial problemlərin həllində maneələr (xüsusi karantin rejimi ilə əlaqədar) olduğu üçün nəzərdə tutulmuşdur.
Layihə rəhbəri Elnarə Məhərrəmovanın məlumatına görə layihə üzrə müraciət edilən problemin ictimai əhəmiyyəti böyükdür. Belə ki, koronavirus pandemiyasının Azərbaycanda sürətlə yayıldığı bir dönəmdə əhalinin sosial problemlərini görmək üçün və ya ictimai əhəmiyyətini müəyyən etmək üçün sadəcə olaraq medianı izləmək kifayət edər. Bütün dünyada olduğu kimi, Azərbaycanda da bəzi şirkət və təşkilatlarda fəaliyyət dayandırılır və ya məhdudlaşdırılır. Ölkədə xüsusi karantin rejiminin tətbiq edilməsi ölkə vətəndaşlarının işsizlik və ya məşğulluq problemlərinin yaranmasına gətirib çıxarmışdır. Bu da öz növbəsində əhalinin sosial problemlərinin yaranmasına və eləcə də həmin problemlərin həllində maneələrin yaranmasına gətirib çıxarmışdır.
Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilib.
Layihə çərçivəsində Füzuli rayonunda yerləşən “MANDARİN LTD” MMC mağazlar şəbəkəsi ilə birgə 40 ailəyə dəyəri 50 manat olmaqla hədiyyə kuponu hazırlanaraq poçt vasitəsilə göndərilmişdir. Həmin hədiyyə kuponu vasitəsilə həmin ailələr yaşadıqları ərazidə yerləşən istənilən “MANDARİN LTD” MMC - nin mağazasına yaxınlaşaraq, ehtiyacları olduqları ərzaq tədarükünü almışlar. Layihə boyunca 40 ailəyə ərzaq alınması ilə bağlı telefon əlaqələri saxlayaraq monitorinq aparılmışdır.
Bu layihədən bəhrələnən şəxslər telefonla əlaqə saxlayaq Layihənin rəhbəri Elnarə Məhərrəmovaya və layihəyə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına öz təşəkkürünü bildirdilər.
“Regional Sosial-İqtisadi İnkişaf üzrə
Maarifləndirmə” İB-nin sədri Elnarə Məhərrəmova

İnterPosta.info




Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26