Interposta.Info

Düşmənin Bərdədə hədəf aldığı yerlər bilindi (SİYAHI)

Ölkə
 28-10-2020, 14:58     557

Bərdə şəhərinə Ermənistan silahlı qüvvələrin hücumu zamanı hədəf alınmış yerlər bəlli olub.

"İnterPosta" Oxu.az-a istinadən məlumatına, Bərdə Şəhər Mərkəzi Xəstəxanası, Şəhər Poliklinikası, Yanğınsöndürmə Xidməti, Diaqnostika Mərkəzi, doqquzmərtəbəli yaşayış binası və şəhərin "Təzə Bazar” adlanan ərazisi düşmənin əsas hədəfi olub.

İlkin məlumata görə, şəhərə bir neçə raket atılıb.

Hadisə nəticəsində on dörd nəfər həyatını itirib, yaralılar var.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26