Interposta.Info

Gəncə terror qurbanlarının yaxınlarına təqaüd bu qaydada veriləcək (AÇIQLAMA)

Ölkə
 21-10-2020, 14:45     535

Gəncədə erməni terrorunun qurbanlarının yaxınlarına veriləcək təqaüdün qaydaları açıqlanıb.

"İnterPosta" Report-a istinadən xəbər verir ki, bunu Ermənistan tərəfindən atəşə məruz qalan Gəncə şəhərində səfərdə olan Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini – İcra katibi Əli Əhmədov bildirib.

O, təqaüdün verilmə qaydalarını da açıqlayıb: "Yeni Azərbaycan Partiyası ermənilərin Gəncə şəhərində törətdikləri terror zamanı valideynlərini itirən uşaqlara təqaüd verəcək. Biz nəzərdə tutumuşuq ki, terror zamanı valideynlərini itirən 1 uşaq üçün 300 AZN, ailədə 2 uşaq varsa, ikisi bir yerdə olmaqla 500 azn təqaüd ödəniləcək. Təqaüdlər onların kart hesablarına köçürülməklə 18 yaşına qədər veriləcək".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26