Interposta.Info

Mehriban Əliyeva: "Gəncə - qədim dövlətçiliyimizin beşiyidir"

Ölkə
 17-10-2020, 23:04     533

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ermənistanın Gəncə terroru ilə bağlı instaqram hesabında paylaşım edib.

"İnterPosta"-nun xəbərinə görə, paylaşımda deyilir:

"Bu gecə erməni təcavüzkarları Gəncəyə xaincəsinə hücum ediblər. Niyyət sadə və eyni zamanda, dəhşətlidir – mümkün qədər çoxsaylı dinc sakinləri məhv etmək, panika yaratmaq, Azərbaycan xalqını qorxutmaq. Lakin təcavüzkar heç vaxt öz çirkin məqsədlərinə nail olmayacaq. Bu şanlı şəhərin sakinləri ruhən çox güclüdürlər!

Gəncə - Nizamidir, Məhsətidir, Vazehdir! Lakin Gəncə təkcə Azərbaycanın mədəni irsi deyil. Gəncə - qədim dövlətçiliyimizin beşiyidir. Bu, sarsılmaz dözüm, mərdlik və igidlik rəmzidir!

Gəncə Cavadxanın yurdudur. Bu şəhər Şərqdə ilk demokratik cümhuriyyətin müstəqilliyi uğrunda sona qədər vuruşmuş şəhərdir.

Gəncə Azərbaycanın döyünən ürəyidir və heç kəs heç vaxt onun sakinlərinin məğrur ruhunu sındıra bilməz!"
gəncəazərbaycanınqədərlakinsakinlərimədənitəkcədeyildövlətçiliyimizinsarsılmazbeşiyidirqədimməhsətidirşəhərinşanlıolmayacaqruhəngüclüdürlərdözümnizamidir
Tərəfdaşların xəbərləri
Hikmət Hacıyev: "Gəncəyə atılan SCUD/Elbrus taktiki ballistik raketlər...
Səlçuk Bayraktardan Gəncə ilə bağlı paylaşım
Pakistan Paşinyanın əsassız ittihamlarını rədd etdi
Avstriyada erməni terroru əleyhinə aksiya keçirilib
Gəncəyə raket zərbələri İtaliya mətbuatının diqqət mərkəzində.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26