Interposta.Info

Bu torpaqlar da azad olundu - Prezident açıqladı

Ölkə / Manşet
 14-10-2020, 17:16     1 056

Prezident İlham Əliyev bir neçə kəndin azad olunmasını elan edib.

"İnterPosta" xəbər verir ki, dövlət başçısı bu barədə "Twitter"də məlumat yayıb:

“Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26