Interposta.Info

Ermənilərin Gəncəyə raket atəşi nəticəsində 5 dinc sakin ölüb, 28 yaralı var FOTO YENİLƏNİB

Ölkə / Paradoks
 11-10-2020, 07:16     1 043

Humanitar atəşkəs rejiminin tətbiq edilməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrinin intensiv atəşə tutmaqda davam edir.

APA -nın yerli bürosunun məlumatına görə, yaxın saatlarda düşmən ordusu Gəncə şəhərini yenidən raket atəşinə tutub.

Raketlərdən bir neçəsi yaşayış binalarına düşərək dağıdıb. Ölənlərin və yaralananların olduğu bildirilir.

Hadisə yerinə FHN, hüquq-mühafizə orqanları əməkdaşları, eləcə də Təcili Tibbi Yardım Briqadası cəlb olunub.

FHN-in xilasediciləri tərəfindən dağıntılar altından qalan insanların çıxarılması tədbirləri davam edir.

Qeyd edək ki, düşmənin zərbələri nəticəsində yaşayış binalarının yaxınlığında olan mağazalara, şəxsi avtomobillərə də ciddi ziyan dəyib.

***

Humanitar atəşkəs rejiminin tətbiq edilməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələri Gəncə şəhərində yaşayış binasını raket atəşinə tutublar.

APA -nın yerli bürosunun məlumatına görə, ilkin məlumata görə, hadisə nəticəsində 5 nəfər həlak olub, 28 nəfər yaralı var. Yaralılar arasında azyaşlılar da var.

İnterPosta.info

















Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26