Interposta.Info

Azərbaycanda koronavirusa yoluxma 100-dən aşağı düşdü

Ölkə
 5-10-2020, 17:10     393

Azərbaycanda bu gün koronavirus infeksiyasına 97 yeni yoluxma faktı qeydə alınıb, 91 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

"İnterPosta" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 2 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ümumilikdə 40788 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 38587 nəfər müalicə olunaraq sağalıb, 598 nəfər vəfat edib, aktiv xəstə sayı 1603 nəfərdir.

Ölkədə son sutka ərzində 3073, hazırkı dövrədək isə 1140190 test aparılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26