Interposta.Info

Azərbaycana məxsus təyyarənin vurulması yalandır - RƏSMİ

Ölkə
 1-10-2020, 12:50     467

Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin vurulması yalandır.

"İnterPosta"ın məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Ermənistan mətbuatında guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin vurulması və qalıqlarının İran ərazisinə düşməsi barədə yayılan məlumatlar yalandır və əsassızdır: "Bildiririk ki, Hərbi Hava Qüvvələrimizə məxsus bütün aviasiya vasitələri tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26