Interposta.Info

Son dəqiqə: Tərtərdə daha bir mülki Azərbaycan vətəndaşı şəhid olub

Ölkə
 1-10-2020, 09:14     461

Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanın dinc əhalisinə qarşı terror əməllərini davam etdirir.

Düşmənin silahlı qüvvələri dinc Azərbaycan əhalisinin sıx yaşadığı Tərtər rayonunu intensiv olaraq ağır artilleriyadan atəşə tutur. Sentyabrın 30-dan oktyabrın 1-nə keçən gecə düşmənin növbəti atəşi nəticəsində rayonun Qaraqoyunlu kənd sakini 1978-ci il təvəllüdlü İlkin İsmayıl oğlu Rüstəmov şəhid olub. Sentyabrın 27-dən hazırkı ana qədər Tərtər rayonu ərazisində mülki şəxslərdən 7 nəfər şəhid olub, 18 nəfər ağır qəlpə yaraları alıblar. Hazırda düşmən Tərtər şəhərini və ətraf kəndlərini atəş altında saxlayır. Azərbaycan ordusu düşmənin atəş nöqtələrini susdurur. Düşmən əsasən ağır artilleriyadan istifadə edir./musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26