Interposta.Info

Arxa cəbhədə döyüş ruhu necədir? - FOTOLAR

Ölkə / Manşet
 27-09-2020, 22:46     1 417

Cəbhənin ən gərgin Tərtər-Ağdam və Füzuli-Cəbrayıl istiqamətlərində yerləşən ön xətt hərbi hissələri, raket və artilleriya bölmələri, cəbhə aviasiyası, zirehli texnika və digər qoşun növlərinin qarşılıqlı fəaliyyəti ilə Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulur və döyüş fəaliyyətinin qarşısı alınır.

İnterPosta.info
xəbər verir ki, Müdafiə Nazirliyi yaydığı məlumata əsasən Azərbaycan Ordusu tərəfindən cavab tədbirləri görülür və qoşunlarımız əməliyyat şəraitinə tam nəzarət edir.

Redaksiyamız ölkədəki vəziyəti nəzərə alaraq insanların vətənpərvərlik ruhunu öyrənmək məqsədi ilə paytaxt Bakıda müşahidə aparmışdır.

Müşahidə aparılan ərazilərdən biri də, Bakı şəhər Qaradağ rayon "Qobu Park" yaşayış kompleksi olub. Müşahidə zamanı vətənpərvərlik ruhunun yüksək olduğunun şahidi olduq.

Belə ki, "Qobu Park 1"in sakinləri general-mayor Polad Həşimovun xatirəsinə həsir etdikləri bulaq vətənpərvəriyin bariz numunəsidir.



Eyni zamanda "Qobu Park 2" bina 17-inin sakinləri ŞƏHİDLƏR ÖLMƏZ VƏTƏN BÖLÜNMƏZ adlı şəhid lövhəsi hazırlayıblar.



İnterPosta.info vətənpərvərlik ruhunu özündə əks etdirən, danışan foto şəkilləri təqdim edir:


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26