Interposta.Info

Bu rayonda koronavirus tüğyan edir - 48 aktiv xəstə var

Ölkə
 24-09-2020, 17:24     818

Bu günə kimi Biləsuvar rayonunda koronavirusa qarşı 5974 nəfərdən test götürülüb.

"İnterPosta" Trend-ə istinadla xəbər verir ki, bunu Biləsuvar rayon İcra Başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ləman Yüzbaşovaya deyib.

Onun sözlərinə görə, həmin şəxslərdən 324 yoluxma faktı qeydə alınıb:

“Biləsuvar rayonunda Koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə məqsədilə 5974 nəfərdə test aparılıb. Onlardan 324-i yoluxub, 265 sağalıb, 11 nəfər isə dünyasını dəyişib. Hazırda aktiv xəstə sayı 48 nəfərərdir”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26