Interposta.Info

Türkiyə xəstəxanasından Əli Həsənovla bağlı daha bir açıqlama

Ölkə
 12-09-2020, 09:36     725

Xəbər verdiyimiz kimi, Prezidentin sabiq köməkçisi Əli Həsənov Türkiyənin "Siyami Ersek” ürək-damar xəstəlikləri xəstəxanasında müalicə və müayinə aldığını açıqlayıb.

"İnterPosta" xəbər verir ki, demokrat.az məsələ ilə bağlı informasiya əldə etmək üçün "Siyami Ersek" ürək-damar xəstəlikləri xəstəxanası ilə əlaqə saxlayıb.

Tibb ocağından sayta bildirilib ki, sözügedən xəstəxanada Əli Həsənov adlı şəxs olmayıb. O da deyildi ki, xəstəxanada ciddi rejimdə müalicə alan pasiyentlər qeydiyyata düşür. Lakin Əli Həsənov adında kimsə pasiyent kimi nə xəstəxanaya müraciət edib və nə də həmin xəstəxanada qeydiyyata düşüb.

Xatırladaq ki, Ə.Həsənov avqustun sonlarında adıçəkilən xəstəxanada müayinə və müalicə aldığını mətbuata açıqlamışdı. O, Abu-Dabidəki Klivlend xəstəxanasına getmək üçün bəlli zamana ehtiyac olduğunu bildirmişdi.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26