Interposta.Info

“Regnum” Rusiyanın Ermənistana yeni silahlar göndərdiyini təsdiqlədi

Ölkə
 4-09-2020, 17:58     869

Rusiyanın ermənipərəst mövqeyi ilə fərqlənən "Regnum” informasiya agentliyi 4 sentyabr tarixli "Dağlıq Qarabağın yeni ümidləri” adlı məqaləsində Rusiya tərəfindən Ermənistana yeni silahlar göndərildiyini təsdiq edib.

"İnterPosta" xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyasının rəsmi internet saytında məqalə yerləşdirilib. Məqalədə deyilir:

"Ənənəsinə uyğun olaraq Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, mahiyyəti və nizama salınması ilə əlaqədar real faktları ən kobud şəkildə təhrif etməkdən çəkinməyən agentlik 2020-ci ilin iyul ayında Azərbaycanın Tovuz rayonu istiqamətində erməni silahlı qüvvələrinin təxribatı sayəsində başlayan döyüşlərin həqiqi səbəblərini tamamilə yanlış və açıq qərəzli şəkildə təqdim etməyi də unutmamışdır.

Diqqətçəkən məqam ondan ibarətdir ki, sözügedən agentlik iyul döyüşlərindən sonrakı vəziyyəti "Bakının Ermənistana yeni Rusiya silahlarının göndərilməsinə sərt və acıqlı reaksiyası” kimi qiymətləndirməklə, əslində iyul döyüşlərinin ardınca Rusiyanın təcavüzkar Ermənistanı silahlandırdığını təsdiq edib”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26