Interposta.Info

Kranın aşdığı yerdən FOTOLAR

Ölkə
 4-09-2020, 16:20     595

Xəbər verdiyimiz kimi, bir neçə dəqiqə əvvəl Azadlıq prospekti ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsinə yaxın ərazidə kran aşıb.

“Qafqazinfo”nun hadisə yerində olan əməkdaşlarının məlumatına görə, kranın aşması nəticəsində vəfat edən kranın sürücüsü 1983-cü il təvəllüdlü Cəfərov Elvin İbrahim oğlunun cənazəsi bu dəqiqələrdə ərazidən götürülüb. Onun aşan kranın altında qaldığı bildirilir.

Aşan kran yaxınlıqdakı maşınları yararsız hala salıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

İlkin məlumata görə, qülləli kran tikinti şirkətlərindən birinə məxsus olub.

İnterPosta.info







Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26