Interposta.Info

Azərbaycanda bu qadağa sentyabrın 1-dən ləğv edilir - RƏSMİ

Ölkə
 25-08-2020, 18:01     713

“Ötən gün Ov Məsələləri üzrə Elmi Koordinasiya Şurasının iclası keçirilib”.

Bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib. O, ov mövsümü ilə bağlı sualları cavablandırıb:

“Hamımıza aydındır ki, pandemiya təhlükəsi ilə bağlı bütün dünyada, o cümlədən ölkəmizdə bir sıra qadağalar tətbiq edildi. Bu qadağalar həmçinin ov fəaliyyətinə də aid edilirdi. Artıq ölkəmizdə aparılan tədbirlər nəticəsində epidemiyanın miqyası azalmağa doğru gedir, bir sıra məhdudiyyətlər aradan qaldırılır. Bununla bağlı şurada təmsil olunan dövlət qurumlarının və ictimai təşkilatların iştirakı ilə Azərbaycanda ov mövsümünün sentyabrın 1-dən açılması ilə bağlı birmənalı və yekdil qərar qəbul edilib”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26