Interposta.Info

Həbs olunan DSX generalı azad edilməyib (AÇIQLAMA)

Ölkə
 12-08-2020, 11:53     261

Son vaxtlar kütləvi informasiya vasitələrində və mediada Dövlət Sərhəd Xidmətinin sabiq rəis müavini general-leytenant Əfqan Nağıyevin həbsdən azad edilməsi, yenidən DSX-da hansısa mühüm posta təyinat alması barədə xəbərlər yayılır və buna müxtəlif şərhlər verilir.

"İnterPosta" demokrat.az-a istinadən xəbər verir ki, Baş Prokurorluğa yaxın dairələrdən sızan məlumatlarda belə yazıların həqiqətəuyğun olmadığı, sensasiya naminə şişirdildiyi və heç kimin Əfqan Nağıyevi cinayət məsuliyyətindən azad etmədiyi qeyd olunur. Sadəcə olaraq, onun barəsində əvvələr seçilmiş həbs qətimkan tədbiri məhkəmə tərəfindən ev dustaqlığı ilə əvəz olunub.

Hazırda onun barəsində eyni işdə adı keçən digər şəxslərlə birlikdə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət təqibi davam etdirilir.

Kimin təqsirinin olub-olmaması məsələsinə dair son qərar məhkəmədə veriləcəkdir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26