Interposta.Info

“Növbəti brifinqdə tədrislə bağlı bütün suallara aydınlıq gətiriləcək”

Ölkə / Manşet
 8-08-2020, 13:06     841

"İki həftədir, tədrislə bağlı məsələ müzakirə edilir. Bütün dünya ölkələrinin təcrübəsi öyrənilir”.

Nazirlər Kabineti yanında Operativ qərargahın birifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, problem odur ki, vəziyyət çox dinamikdir: "Bu gün əlimizdə olan rəqəmlər əsasında hansısa qərar qəbul etsək, iki həftə sonra bu rəqəmlər dəyişə bilər. Növbəti brifinq tədris məsələlərinə həsr olunacaq. Bu zaman tədrislə bağlı bütün suallara aydınlıq gətiriləcək”./aqa

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26