Interposta.Info

Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin azaldı

Ölkə / Manşet
 7-08-2020, 17:21     533

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 129 yeni yoluxma faktı qeydə alınıb, 421 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "İnterPosta"-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 33376 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 29696 nəfər müalicə olunaraq sağalıb, 483 nəfər vəfat edib, 3197 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6872, ötən müddət ərzində isə ümumilikdə 773051 test aparılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26