Interposta.Info

Nazirlik icra hakimiyyətini 15 000 manat cərimələdi

Ölkə
 4-08-2020, 14:30     187

Ekologiya və Təbii Sərbətlər Nazirliyi (ETSN) yaşıllıqların mühafizəsi haqqında qanunvericiliyin pozulmasına görə Abşeron Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin Abadlıq və Kommunal Xidmətlər İdarəsi barədə inzibati protokol tərtib edib.

İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci (yaşıllıqların müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı, yaxud yaşıllığın götürülməsi vərəqi olmadan götürülməsinə görə) maddəsi ilə yazılan protokola Abşeron Rayon Məhkəməsində baxılacaq.

İş hakim Vaqif Həsənovun icraatındadır.

Qeyd edək ki, bu inzibati xətaya görə, vəzifəli şəxslər 5 000 manat, hüquqi şəxslər 15 000 manat miqdarında cərimə edilir.

Xatırladaq ki, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız məhkəmə qərarı ilə tətbiq edilir./report


İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26