Interposta.Info

Çimərliyə getmək üçün icazə almağa ehtiyac yoxdur (RƏSMİ)

Ölkə
 3-08-2020, 21:08     1 220

Çimərliklərdən istifadə üçün heç bir icazəyə ehtiyac yoxdur.

"İnterPosta" xəbər verir ki, bu barədə Operativ Qərargahın brifinqində ASAN Xidmətin sədri Ülvi Mehdiyev məlumat verib.

Qurum rəhbəri bildirib ki, cimerlik.az saytı yalnız çimərliklərlə bağlı vəziyyəti öyrənmək üçün mövcud olacaq: "Çimərliklərlə bağlı ölkə rəhbərliyinin tapşırığı ilə monitorinq qrupları yaradılıb və monitorinq aparılıb. Karantin dövründə işləməsi üçün şəraiti olan çimərliklər müəyyən edilib və cimerlik.az saytında məlumat ala bilərlər. Çimərliyə getmək üçün heç bir icazə almağa ehtiyac yoxdur".

Ülvi Mehdiyevin sözlərinə görə, 100-dən çox çimərlik barədə məlumat saytda qeyd olunub:

"Çimərliyin doluluq səviyyəsi tam dolubsa, əlavə şəxs ora buraxılmayacaq. Çimərliklər səhər 8-dən axşam saat 21-dək fəaliyyət göstərəcək. Hər bir çimərliklərdə könüllülər fəaliyyət göstərəcək. Onlar tələblərə riayət olunmasının monitorinqini həyata keçirəcəklər. Əgər çimərlik 500 nəfərlikdirsə, artıq 501-ci şəxs ora buraxılmayacaq".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26