DİN-dən “Azenko”nun direktorunun öldüyü qəzayla bağlı AÇIQLAMA
Daxili İşlər Nazirliyi (DİN) Abşeronda "Azenko" MMC-nin direktorunun öldüyü yol qəzası ilə bağlı məlumat yayıb.
Nazirliyinin mətbuat xidmətindən "İnterPosta"a verilən məlumata görə, iyulun 27-də saat 15 radələrində Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsi ərazisində Zaqatala rayon sakini Zəkəriyyə Poladov idarə etdiyi “Nissan” markalı avtomobili aşırmış və hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, qəzada ölən Zəkəriyyə Poladov "Azenko" MMC-nin direktorudur.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26