Interposta.Info

Karantin qaydaları yenidən sərtləşdirilə bilər (RƏSMİ)

Ölkə
 20-07-2020, 18:58     681

"Karantin qaydalarına riayət olunmazsa, qaydalara riayət edilməzsə, karantin rejimi qaydaları yenidən sərtləşdirilə bilər”.

"İnterPosta" Oxu.Az-a istinadən məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

O bildirib ki, sərt karantin rejimi avqustun 5-dək uzadılıb:

"Hazırda sağalanların sayında artım var. Bu, müsbət haldır. Lakin karantin qaydalarına riayət edilmədiyinə dair faktlar aşkarlanır. Bu səbəbdən xahiş edirik ki, vətəndaşlar karantin rejimi qaydalarına riayət etsinlər. Əks təqdirdə, biz sərt karantin rejiminin uzadılmasına məcbur qala bilərik”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26