Interposta.Info

SMS icazənin müddəti bu gündən 3 saatadək artırılıb

Ölkə
 20-07-2020, 08:24     308

Sərtləşdirilmiş xüsusi karantin rejiminin uzadıldığı ərazilərdə şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS icazənin müddətində dəyişiklik edilib.

"İnterPosta" məlumatına görə, SMS icazənin müddəti bu gündən 2 saatdan 3 saatadək artırılıb.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında sərtləşdirilmiş xüsusi karantin rejiminin müddətinin 2020-ci il 5 avqust saat 06:00-dək uzadılmasına qərar verib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26