Interposta.Info

Polad Həşimov düşməni yenə də vuracaq - Yeni PUA istehsal edilir

Ölkə
 18-07-2020, 21:28     511

Tovuz rayonu istiqamətində erməni təxribatı nəticəsində qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimovun adı düşmənə qorxu salmağa davam edəcək.

Polad Həşimovun adını daşıyan pilotsuz uçuş aparatının (PUA) ilkin görüntüləri yayılıb.

Bu barədə Feysbukun Azərbaycan seqmentində paylaşımlar edilib.

Paylaşımda qeyd edilib ki, aparatda hələlik bəzi texniki səhvlər var. Bu da pandemiya ilə bağlı komanda üzvlərinin fərqli yerlərdə çalışması ilə bağlıdır: "Ancaq mütəxəssislərin də rəyi ilə dəyişikliklər edilərək mükəmməl nəticə ortaya qoyulacaq".

O da bildirilib ki, gələn həftə maketin yonulmasına başlanacaq.

Startapa rəhbərlik edən gənclər yardım da istəyiblər: "Prototipin hazırlanmasına həm maddi, həm texniki (çoxkanallı idarəetmə pultu, mühərriklər, pərlər və s.) olaraq dəstək ola bilərsiniz"./ted.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26