Interposta.Info

Professor dünənki yürüşlə bağlı şərh verdi: “Bu, nəticəsiz qalmayacaq...”

Ölkə
 15-07-2020, 11:38     317

"Yürüş mitinqi müəyyən qədər koronavirusun yayılmasına təkan verəcək".

Bunu "İnterPosta"-ya açıqlamasında professor Adil Qeybulla deyib. Onun sözlərinə görə, iyulun 14-də gecə saatlarında keçirilən yürüş mitinqi karantin rejiminin ciddi pozulmasıdır:

"Vəziyyət çox pis olacaq. Karantin yumşaldılandan sonra böyük bir yoluxma potensialı baş verdi, eyni ilə axşam keçirilən yürüş-mitinq də nəticəsiz qalmayacaq. Maskasız, sosial məsafə gözləmədən, hamı bir-birinin ağzının içində... Görüntülərə baxdım. Düzgün deyil, bu, karantin rejiminin ciddi pozulmasıdır"./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26