Interposta.Info

Mehriban Əliyeva daha bir həkimlə bağlı tapşırıq verdi (FOTO)

Ölkə
 10-07-2020, 12:30     604

COVID-19 infeksiyasına yoluxan həkim reanimatoloq Elnur Abdullanın müalicəsi dövlətin nəzarətindədir.

"İnterPosta" xəbər verir ki, bunu Mərkəzi Neftçilər Xəstəxanasının direktoru Musa Abbasov bildirib.

Onun sözlərinə görə, xüsusi rejimli xəstəxanalarda pandemiya ilə mübarizə aparan bütün həkimlərin səhhəti Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığına əsasən daim diqqət mərkəzində saxlanılır, eləcə də virusa yoluxmuş tibb işçilərinin müalicəsi ilə bağlı lazımi tədbirlər həyata keçirilir.

Qeyd edək ki, COVID-19 infeksiyası ilə mübarizə aparan Mərkəzi Neftçilər Xəstəxanasının reanimatoloqu Elnur Abdulla virusa yoluxduğundan bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib.



Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26