Azərbaycanda bank sədri HƏBS EDİLDİ - FOTO
“Zaminbank” ASC-nin sədri Nadir İsmayılov həbs edilib.
"İnterPosta" xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, 20 milyon manatdan çox pul mənimsədiyi üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları bankın sahibini saxlayıb.
Binəqədi rayon məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs qərarı çıxarılıb. N.İsmayılova AR Cinayət Məcəlləsinin 179.3.2 və 309.2.2 maddələri ilə cinayət işi açılıb.
“Zaminbank” ASC 4 il bundan öncə müflis elan edilib.
Əlavə məlumat veriləcək.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26