Interposta.Info

Yeni icra başçısı müdiri işdən çıxardı

Ölkə
 24-06-2020, 18:00     383

İmişli Rayon İcra Hakimiyyətinin (RİH) sektor müdiri işdən çıxarılıb.

"İnterPosta" "Report"a istinadla xəbər verir ki, bununla bağlı İmişli RİH-in yeni başçısı Elçin Rzayev müvafiq əmr imzalayıb.


Əmrə əsasən, RİH-in İnformasiya təminatı və təhlili sektorunun müdiri Ziya Paşayev vəzifəsindən azad olunub.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları mayın 5-də İmişli RİH-in binasında əməliyyat keçirib. Prezident İlham Əliyev mayın 6-da Vilyam Hacıyevi İmişli RİH-in başçısı vəzifəsindən azad edib. Daha sonra V.Hacıyevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Dövlət başçısının mayın 21-də imzaladığı sərəncamla Elçin Adil oğlu Rzayev İmişli RİH-in başçısı təyin edilib. E.Rzayev daha əvvəl Yasamal RİH başçısının birinci müavini vəzifəsində işləyib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26